Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Putinin telefon danışığı

52047Almaniya kansleri Angela Merkel Rusiya prezidenti Vladimir Putinlə telefon söhbətində bildirib ki, Ukraynanın şərqində bazar günü üçün planlaşdırılmış seçkilər qanunsuzdur və Avropa liderləri tərəfindən tanınmayacaq.

Onların telefon söhbətində Fransa prezidenti Fransua Olland və Ukrayna prezidenti Petro Poroşenko da qatılıb. A.Merkel və F.Holland telefon söhbətində deyiblər ki, Ukraynada yalnız ölkə qanunlarına uyğun seçkilər keçirilə bilər. Separatçıların keçirdikləri seçki Rusiyanın da qəbul etdiyi sülh sazişinə ziddir.

A.Merkel söyləyib ki, Almaniya bu qanunsuz seçkiləri tanımayacaq.

Xatırladaq ki, ötən həftə Avropa liderləri Brüsseldə Şərqi Ukraynada keçiriləcək seçkilərin tanınmayacağı barədə qərar qəbul ediblər. (anspress.com)

Loading...

www.yenicag.az

348