!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Putinin yaxın çevrəsi də müharibə ilə bağlı narazılığını açıq şəkildə bildirir” – “The Washington Post”

!Reklam – Yazi

“Müşahidələr göstərir ki, bu narazılığın əsas səbəbi hərbi itkilərin artması və yanlış idarəetmədir”.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, ABŞ-nin nüfuzlu “The Washington Post” qəzeti Rusiya Prezidenti Vladimir Putinin yaxın çevrəsinə daxil olan şəxslərin müharibə ilə bağlı narazılıqlarını açıq şəkildə ifadə etdiklərinə dair material yayımlayıb.

Materialda vurğulanıb ki, ABŞ kəşfiyyatının, həmçinin Rusiya rəsmilərinin açıqlamaları Kremldə ciddi fikir ayrılıqlarının olduğunu təsdiqləyir və bu, hətta Kremlin sözçüsü Dmitri Peskov tərəfindən də etiraf edilib.

İş o həddə çatıb ki, Rusiya Prezidenti Vladimir Putinin yaxın çevrəsinə daxil olan şəxslər də müharibəyə dair narazılıqlarını açıq formada dilə gətirməyə başlayıblar.

ABŞ kəşfiyyatının məlumatına əsasən, həmin çevrəyə mənsub yüksək vəzifəli məmurlar da Ukraynada aparılan müharibə ilə bağlı iradlarını birbaşa Putinə deyib.

Müşahidələr göstərir ki, bu narazılığın əsas səbəbi hərbi itkilərin artması və yanlış idarəetmədir.

Rusiya məmurlarının narazılığını yetərincə əsaslı sayan ABŞ Prezidenti Co Bayden də həftəlik brifinqində bu barədə danışıb.

www.yenicag.az

387
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv