Putinin yeni hədəfi BU ŞƏHƏRLƏRDİR – 400 min qoşun döyüşə hazır vəziyyətə GƏTİRİLDİ

media-hightechnic-468x90

“Sülh danışıqlarına nə ruslar, nə də ukraynalılar hazırdır”.

Bu fikri Rusiya-Ukrayna müharibəsinin gedişi və rusların genişmiqyaslı hücumlara start verməsini Yenicag.az-a şərh edən hərbi ekspert Rövşən Məhərrəmov deyib.

media-rovsenmeherremov

Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi qısa zamanda dayanmayacaq:

“Rusiyanın resursları var, baxmayaraq ki, itkiləri böyükdür. Ukraynanın insan resursunda çatışmazlıq yaşanır, ancaq Ukraynanın PUA-ları Rusiyanın mərkəzi şəhərlərinə hücum edə bilir. Son günlər Rusiya-Ukrayna müharibəsi İsrail-İran toqquşmasına bənzəyir. Rusiyanın energetika obyektlərinə və Qara dəniz donanmasına zərbələr endirilir. Rusiya tərəfi bəyan edib ki, 400 min qoşunu döyüşə hazır vəziyyətə gətiriblər. Zaporojya və Sumı istiqamətində hücuma hazırlaşırlar. Hətta bu istiqamətə yeni komandan təyin ediblər”.

R. Məhərrəmova görə, müharibənin qısa zamanda dayanacağı gözlənilmir:

“Trampın Putinə 50 gün müddət verməsi həm Ukraynaya, həm də Rusiyaya siqnal idi. Tərəflər 50 gün ərzində nə edirlər etsinlər, sonra sülh bağlanmalıdır. Son İstanbul görüşü də fiasko idi. Heç bir razılıq əldə olunmadı. Rusiya qoşunları irəliləyir, Ukrayna tərəfi dərhal itki verməmək üçün kəndləri boşaldır, ancaq nə qədər boşaltsalar da, Ukrayna tərəfində əsgər çatışmazlığı gözə çarpır. Ukraynanın o gücü yoxdur ki, əks hücuma keçsin və əraziləri işğaldan azad etsin”.

“Ukraynaya hava hücumundan müdafiə sistemləri verirlər. Ukrayna həmçinin raketlər istehsal edir. Ukrayna dronlarının necə effektiv olduğu göz önündədir. Putin Sankt-Peterburqa uçmuşdu, gəminin açılışı olmalı idi, lakin parad keçirilmədi. Buna səbəb Ukrayna PUA-larının Sankt-Peterburqa uçması idi. Yaxın gələcəkdə sülhdən danışığın olacağını görmürəm. Buna nə ruslar, nə də ukraynalılar hazırdır. Müharibə o vaxta kimi davam edəcək ki, ABŞ, Qərb sülh üçün ciddi atacaqlar”, – deyə o, fikirlərini tamamlayıb.

Səxavət Məmməd

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 28.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600