Marketə çörək almağa gedən 8 yaşlı qızı izləyən kişi ona təcavüz etmək istəyib.
Yenicag.az türk mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Antalyada şəhərində baş verib. Marketə çörək almaq üçün gedən 8 yaşlı qız uşağını küçədə saxlayıb, zorla üzündən və dodağından öpən şəxs polis tərəfindən saxlanılıb. Hadisəni eyvanda olan bir qadın görüb və var gücü ilə qışqırıb. Təşvişə düşən kişi qaçıb. Ağlayaraq evə qaçan qız hadisəni valideynlərinə danışıb.
Polis məhəllədəki təhlükəsizlik kamerasından təcavüzkarın kimliyini müəyyənləşdirərək onu saxlayıb. Faktla bağlı cinayət işi açılıb.
www.yenicag.az