!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qadın cüdoçu Putini məğlub etdi - FOTO

!Reklam – Yazi

Rusiya prezidenti Vladimir Putin Soçi şəhərində yerləşən “Yuq-sport” idman kompleksində ölkənin cüdo yığmasının üzvləri ilə birgə tatami üzərinə çıxıb.

Yenicag.az xəbər verir ki, dövlət başçısı əyninə kimano geyinərək cüdoçularla əvvəlcə isinmə hərəkətləri edib, daha sonra isə güləşib.

Onun rəqiblərindən biri də qadın cüdoçu Natalia Kuziutin olub. Natalia ölkə prezidentinə qalib gəlib.

Rusiya millisinin üzvü görüş üçün Putinə təşəkkür edib. O, “İnstagram” hesabında yazıb:

“Putinə təşəkkür edirəm. Vaxtının məhdud olmasına baxmayaraq, məşq etmək üçün imkan tapdı. Ölkəmin bir nömrəli cüdoçusu ilə qarşılaşdığım üçün çox məmnunam”.

Qeyd edək ki, Belarus və Ukraynanın sərhəddində yerləşən Bryanskda dünyaya gələn Natalia 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında çıxış edəcək. O, 4 dəfə Avropa çempionu adını qazanıb.

Emin

www.yenicag.az

3986
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv