Qadın Kılıçdaroğlunu tənqid etdi – Video
İzmirin Çeşmə mahalında yerləşən bazar əhlini ziyarət edən Kılıçdaroğlu bir əsnaf qadın tərəfindən tənqid yağışına tutulub.
İzmir ziyarətinin ikinci günündə Çeşmə mahalına “2015 seçimlərinə doğru sağlam siyasi baxış” mövzulu iclasda iştirak edən CHP Genəl Başkanı Kemal Kılıçdaroğlu iclas bitdikdən sonra Çeşmədəki bazar əhlini ziyarət edərək qadınlara qərənfil paylayıb.
Ziyarəti zamanı keçmişdə CHP-li olduğunu söyləyən bir qadın əsnaf da Kılıçdaroğlunu və CHP-ni tənqid edib. “Layihə tərtib edin, dalaşmağı buraxın”,- deyən qadın əsnaf “Keçmiş CHP-li olaraq deyirəm: layihə tərtib edin. Yəni dalaşmağı buraxın. Mən xalqam və CHP-yə neçə ildir səs vermirəm. Son 3 seçim zamanı da CHP-yə səs vermədim”,- deyib.
Kılıçdaroğlunun “Bizim tərtib etdiyimiz layihələrdən sizə uyğunu yoxdurmu?” sualına qadın “Mənim üçün nə edəcəksiniz?” sualı ilə cavab verib.
Kılıçdaroğlu təqaüdçülərə Ramazan və Qurban bayramlarında maaş veriləcəyini dedikdən sonra qadının cavabı sərt olub: “Mənim elə bir istəyim yoxdur. Az olsun, amma hər dəfə maaşımın üzərinə əlavə olunsun. Uşaq kimi pay istəmirəm. Sizin dediyiniz mənə pis təsir etdi. Mənim maaşım min 150 lirədir. Lakin işlədiyim üçün maaşım kəsilir. Xahiş edirəm, xalqın dilindən danışın”.
Həmin dialoqu videogörüntüdə təqdim edir:(a24.az).