!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qadınların istifadə edə biləcəyi avtobuslar istifadəyə veriIəcək

!Reklam – Yazi

Pakistanın paytaxtı İslamabadda “Qorxusuz və maneəsiz” şüarı ilə çəhrayı rəngli ictimai nəqliyyat avtobusları yalnız qadınların istifadəsinə verilib.

Yenicag.az xəbər verir ki, verilən açıqlamada şəhərə yaxın kənd və qəsəbələrdə yaşayan müəllim və tələbələrin təhlükəsiz şəkildə İslamabada gətirilməsi üçün belə bir təcrübənin tətbiq olunacağı, bütün qadınların avtobuslardan istifadə edə biləcəyi bildirilib.

Gələn həftədən başlayacaq gedişlərin pulsuz olacağı da qeyd olunub.

Təhsil Nazirliyinin sözçüsü verdiyi açıqlamada, ictimai nəqliyyat xərcləri və xüsusilə kənd yerlərində ictimai nəqliyyatda baş verən hadisələrin bir çox gənc qızı məktəbə getməkdən çəkindirdiyini bildirib. Mətbuat katibi, həmçinin, nazirlik olaraq bu yolla bir çox qızın məktəbə qayıdacağına ümid etdiklərini vurğulayıb./unikal

COP29

www.yenicag.az

107
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv