Aydın məsələdir ki, heç kəs vaxtından tez qocalmaq istəmir. Hətta xeyli insan plastik və estetik prosedurlar etdirərək gənc qalmağa çalışır. Amma bəzi qadınlar nə qədər prosedur və əməliyyat etdirsə də, qırışların qarşısını ala bilmir.
Dəri hansı hallarda tez qırışır? Erkən qırışların qarşısını necə almaq olar?
Yenicag.az sizi uzun müddət cavan və təravətli saxlayacaq 5 metodu təqdim edir.
Bildiyimiz kimi, Günəş işığı, yayda günün altında uzanmaq həm D vitaminidir, həm də sağlamlığa çox xeyirlidir. Lakin gün işığının UV şüaları həddindən artıq zərərlidir. Hətta dəridə ləkə və piqment pozuntusunun yaranmasına da səbəb ola bilər. Həkimlər tövsiyə edirlər ki, üzə hər gün SPF tərkibli kremlər vurmaq lazımdır. Bu həm zərərli şüalar, həm də dəridə yaranan xırda qırışların qarşısını alır.
İnsanlar hansısa məclisə, şənliyə getdikdən, əyləncəyə qatıldıqdan sonra evə çox yorğun şəkildə qayıdırlar. Evə gec və çox yorğun qayıdanda ağıllarda tək bir şey olur: yuxuya getmək! Amma etdiyimiz ən böyük yanlış üzümüzdəki makiyajı silmədən yatmaqdır. Gündəlik edilən makiyajın dəridə saatlarla qalması qırışa səbəb olur. Həmçinin dəri mikrobuna da yol açır.
Üçüncü ən vacib amil bir ildən bir A və E vitaminlərini yoxlatdırmaqdır. Çünki bədənimizdə həmin vitaminlərin çatışmazlığı dərinin elastikliyini azaldır.
Çox yağlı, həmçinin restoran yeməklərindən gec-gec istifadə etmək lazımdır. Həm bədəni, həm də dərini ən cavan saxlayan metod sağlam qidalanmaqdır.
Hər nə qədər sadə görünsə də, gündəlik 1-2 litr su içmək bir çox problemlərin qarşısını alır. Daimi olaraq su içmək bədənin elastikliyini artırır, dəridəki səpki və qızartıları aradan qaldırır, saçların daha sağlam uzanmasına kömək edir və metabolizm prosesini sürətləndirir.
Dərimizin və cavanlığımızın qeydinə qalaq!
Şahanə Paşa
www.yenicag.az