“Qalatasaray” Azərbaycan bankını məhkəməyə verir

media-hightechnic-468x90

oooooTürkiyənin “Qalatasaray” klubu Azərbaycan bankını məhkəməyə verəcək.

Bu iddia ilə Türkiyə mətbuatı çıxış edib. Yayılan məlumatlara görə, “Amrahbank” “GS Card”ı müştərilərinə təqdim edib. Amma “Qalatasaray” klubunun bundan xəbəri belə olmayıb.

Digər bir yayılan məlumatda isə “Qalatasaray” klubu ilə “Amrahbank”ın forma reklamı məsələsində illik 10 milyon avro qarşılığında razılıq əldə olunduğu iddia olunub. Ancaq “Amrahbank” bankının marketinq direktoru Kamal Eminov bu məlumatı təkzib edib. Bank rəsmisi qeyd edib ki, klubla belə bir görüş olmayıb. Yalnız “Qalatasaray” tərəfdarları üçün “GS Card” hazırlamışıq.

“Qalatasaray” rəsmiləri isə bu sözləri eşidəndə şoka düşüblər. İddialara görə sözügedən bank “Qalatasaray” ilə heç bir razılıq əldə etməyib. Hazırda klub rəhbərliyi məsələ ilə əlaqədar hüquqşünaslara təlimat verib. Klubun İdarə heyəti 18 avqust tarixində banka etiraz məktubu göndərəcək.

Klubdan bildirilib ki, əgər lazım olan edilməzsə bu dəfə həm Azərbaycanda, həm də beynəlxalq məhkəmələrdə iddialar qaldırılacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600