“Qalatasaray” onunla müqaviləni uzadır
Türkiyənin “Qalatasaray” komandası futbolçusu Yunus Akgünlə müqavilə müddətini uzadacaq.
Yenicag.az xəbər verir ki, tərəflər bununla bağlı razılığa gəliblər. Oyunçu ilə yaxın günlərdə 4 illik yeni müqavilə imzalanacaq. 24 yaşlı futbolçunun hazırkı müqaviləsi 2026-cı ilin yayında başa çatır.
Qeyd edək ki, Yunus Akgün bu mövsüm “cim-bom”un heyətində 44 oyunda 12 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.