“Qalatasaray”ın əfsanəvi qapıçısı vəfat edib

qapici20160707“Qalatasaray” klubunun əfsanəvi qapıçısı Turqay Şeren vəfat edib.

AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, Şeren səhər saatlarında 84 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Turqay Sabit Şeren 1932-ci ildə Ankarada doğulub. Futbolçu kimi “Qalatasaray”da yetişən qapıçı elə bütün karyerasını bu komandaya həsr edib. İlk matçına 1949-1950-ci il mövsümündə çıxıb. 1966-1967-ci il mövsümündə karyerasını tamamlayıb. 405 rəsmi matçda çıxış edib. Türkiyə milli komandasında 46 dəfə forma geyib. 1951-ci ildə Qərbi Almaniya ilə Berlində keçirilən və Türkiyənin 2-1 qələbəsi ilə başa çatan qarşılaşmada parlaq oyunundan sonra “Berlin panteri” ləqəbini alıb. 1954-cü il dünya çempionatında Türkiyə milli komandasının qapısını qoruyub.