Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Qan dövranını təmizləməyir – Reyhanın faydaları

Hindlilərin fikrincə reyhan müqəddəs bitkidir.

Onlar inanırlar ki, reyhan ailələri şər qüvvələrdən qorumaq və uğur gətirmək qabiliyyətinə malikdir.

Yenicag.az bildirir ki, minilliklər boyu reyhandan xalq təbabətində istifadə edilib. Bbu bitkinin çox mühüm müalicəvi xassəsi var – o, böyrəklərin işini yaxşılaşdırır.

Reyhan böyrəklərdə daş yaranması riskini azaldır, sidik turşusunun səviyyəsini azaltmağa, qan dövranını təmizləməyə kömək edir. Hindistanlı tədqiqatçıların fikrincə, reyhan böyrəklərdəki daşları təmizləyə bilər, çünki o, kalsium oksalat kristallarının yaranması prosesini dayandıra bilir.

Reyhandan stresi aradan qaldıran çay dəmləmək olar. Bunun üçün bir fincan çaya bir neçə quru reyhan yarpağı və ya reyhanın qurudulmuş yarpaqlarının bir çay qaşığı qədər tozunu əlavə edin və 5-6 dəqiqə dəmlədikdən sonra için.

Reyhanın daha bir faydalı xassəsi ondan ibarətdir ki, onun yarpaqlarında bakteriyaların inkişafını dayandıra bilən birləşmələr var. Buna görə ağız boşluğuna qulluq etmək üçün ondan istifadə etmək məsləhətdir. Reyhan yarpağının tərkibindəki mikrobları öldürən maddələr dişlərin kariyesini və ağız boşluğunda xoşagəlməz qoxunu aradan götürməyə kömək edir.

www.yenicag.az

277
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100