!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qanlı nəticələr verən əməliyyatlar başlaya bilər – Rusiya bu istiqamətə əlavə qüvvələr göndərir

!Reklam – Yazi

“Kurska cavab olaraq Rusiya qanlı nəticələr verəcək əməliyyatlar keçirə bilər”.

Bu fikri Yenicag.az-a açıqlamasında Kursk istiqamətində Ukraynanın uğurlu əməliyyat keçirməsi, bunun səbəb və nəticəsini dəyərləndirən hərbi ekspert Şair Ramaldanov bildirib.

Şair Ramaldanovun sözlərinə görə, əməliyyatın hazırlanmasında NATO mütəxəssisləri yaxşı işləyiblər.

“Ukraynanın ehtiyatları yoxdur, məhdud şəkildədir. Təmas xəttində Rusiyanın ara-sıra irəliləməsi ilə bağlı məlumatlar da gəlirdi. Bunların fonunda Kursk vilayətində Ukrayna ordusu uğurlu əməliyyatlar keçirdi. Burda təəccüblü heç nə yoxdur. 800 km-dən uzun cəbhə xəttində boşluqlar da olur”, – deyə o qeyd edib.

Ekspert əlavə edib ki, Ukraynanın hansısa bir əməliyyat hazırlanmasında NATO ölkələri çox aktiv iştirak edir.
“Birinci ona aydınlıq gətirmək lazımdır ki, Ukrayna bu əməliyyatı keçirmək üçün bu qruplaşmanı haradan əldə ediblər? Məlumat var idi ki, Ukrayna tərəfi məcbur olacaq Belarus sərhədindən ehtiyat qüvvələri çəkib, haradasa istifadə edə bilər. Son məlumatlara görə, Kursk istiqamətində əməliyyatda iştirak edən qruplaşma məhz Belarus Ukrayna sərhədindən çıxarılan hərbiçilərdir.

10-15 tank, 20-30 zirehli texnika Kursk istiqamətində boşluqdan istifadə edərək uğurlu əməliyyat keçirdi. Yeri gəlmişkən Rusiya ordusu demək olar ki, Kursk istiqamətini qorumurdu. Orda yalnız sərhəd qoşunları və mülki əhali var idi”, – deyə o bildirib.
Ş. Ramaldanov vurğulayıb ki, prinsip cəhətdən onların qarşısına heç kim çıxa bilmədi:
“Ukrayna ordusu qaz kompressor stansiyasını ələ keçiriblər, atom elektrik stansiyası istiqamətində döyüşlər aparırlar. Düşünmürəm ki, bu döyüşlər uğurlu olacaq. Hər halda, məhdud tapşırıq və məhdud bir hədəfdir. Rusiya tərəfi Kursk istiqamətinə ehtiyat qüvvələr göndərərək, vəziyyəti neytrallaşdıra biləcək.
Rusiya prezidenti baş verənlərlə bağlı fikirlər səsləndirdi. Ola bilsin, bu məsələ Rusiyanı qıcıqlandırdı. Qanlı nəticələr verəcək əməliyyatların baş verməsini istisna etmirəm. Yaşayış məntəqələrinin bombalanması və digər ağır hərbi əməliyyatların keçirilməsi də baş verə bilər”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

209
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv