Qanuna dəyişiklik edildi, DYP isə XƏBƏRSİZDİR - AÇIQLAMA
“Qərar qəbul edilsə də, Dövlət Yol Polisi İdarəsinə bu barədə göstəriş verilməyib”.
Bunu “Yol hərəkəti haqqında” qanuna edilən son dəyişikliklər barədə Yenicag.az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru polis baş leytenantı Elvin Hacıyev deyib.
E. Hacıyev bildirib ki, “Yol hərəkəti haqqında” qanuna edilən son dəyişikliklərə əsasən, bundan sonra mopedlər dövlət qeydiyyatına alınmalıdır, lakin hazırda Dövlət Yol Polisi İdarəsinə (DYP) bu istiqamətdə rəsmi göstəriş daxil olmayıb.
“Ümid edirik ki, məsələ bir daha müzakirə edildikdən sonra DYP-yə müvafiq tapşırıqlar təqdim ediləcək,” – deyə Elvin Hacıyev bildirib.
Qeyd edək ki, son dəyişikliklərə görə, moped və oxşar yüngül nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması, sürücülərinin müvafiq kateqoriyalı sürücülük vəsiqəsinə malik olması nəzərdə tutulur.
Samir Məcid












