!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Qanuna edilən dəyişiklik manatın məzənnəsini manevr etməyə imkan verəcək" - İqtisadçı

!Reklam – Yazi

“Qanunda aktiv və passivlərin qiymətləndirilməsi mövzusu mövcuddur ki, burada da müəyyən manevrlərə imkanlar əks olunub”.

Bu sözləri MM-in iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin müzakirəyə çıxardığı “Azərbaycan Respublikasının Mərkəzi Bankı” haqqında Qanuna təklif edilən dəyişiklikilərə münasibət bildirən iqtisadçı ekspert Asif İbrahimli Yenicag.az-a açıqlamasında qeyd edib.

O bildirib ki, qanuna edilən dəyişikliklər manatın məzənnəsi, neft və qızılın qiymətlərində yaşanan artıb-azalma zamanı müəyyən manevrlər etməyə şərait yaradacaq.
Sözügedən məsələ “Azərbaycan Respublikası Mərkəzi Bankı haqqında” Qanunu ilə bağlıdır.

Əsas məqam bunlardan ibarətdir: milli valyutanın məzənnəsi, qızıl və neftin qiymətlərində baş verən dəyişikliklər. Ölkənin əsas ixrac məhsulu və büdcənin formalaşması neftdən asılı olduğu üçün qeyd edilən mövzu sırf bundan ibarətdir. Bir yandan da məsələ ölkəyə kənardan xarici valyutanın daxil olmasından asılılıq təşkil edir.

Həmin qanunda aktiv və passivlərin qiymətləndirilməsi mövzusu mövcuddur ki, burada da müəyyən manevrlərə imkanlar əks olunub. Misal üçün, bilirik ki, 2023-cü ilin dövlət büdcəsində neftin bir barrelinin qiyməti ortalama qiymətlə 50 dollar götürülüb. Lakin faktiki olaraq bazarlarda qiymətlər 80-85 dollar arası olur. Bu göstərici son 6 ay ərzində heç vaxt 50 dollar həcmində olmayıb. Qeyd etmək lazımdır ki, zamanla qızılın qiymətində də dəyişiklərin şahidi oluruq. Həmçinin bəzən milli valyutanın mövqeyində dəyişikliklər yaşanır. Ümumən, bütün bu hadisələr istəsək də, istəməsək də zamanla baş verir. Burada müəyyən manevr imkanları məhdudlaşdırılırdı. İndi isə, Milli Məclisdə sırf Mərkəzi Bankın qaydalarına müvafiq şəkildə bu vəziyyətlərə uyğun təkliflər edilməsi gözlənilir”.

Yusif Səmədzadə

www.yenicag.az

231
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv