!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qanunsuz olaraq at əti satan şəxs saxlanıldı

!Reklam – Yazi

Balakən rayonunda mənşəyi məlum olmayan heyvan ətinin satışı ilə məşğul olan şəxs saxlanılıb.

Yenicag.az xəbər verir ki, bu barədə  DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Məlumata görə, Balakən Rayon Polis Şöbəsinə rayonun Sarıbulaq kənd sakini, 49 yaşlı Şahin Dibirovun şəhər ərazisindəki yaşadığı evdə mənşəyi məlum olmayan heyvan ətinin satışı ilə məşğul olması barədə məlumat daxil olub.

Polis əməkdaşları və Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə həmin ünvana baxış keçirilən zaman çəkisi 35 kiloqram olan dərisi soyulmuş halda 1 at cəmdəyinin qalıqları aşkar edilib. Ətdən nümunələr götürülərək ekspertizaya təqdim edilib.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.

www.yenicag.az

722
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv