!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Qanunsuz sərnişin daşıyanlar üçün avtovağzalda yer ayrıldı - Nəzarət gücləndirilir - VİDEO

!Reklam – Yazi

Bakı şəhərinin müxtəlif yerlərində, 20 Yanvar dairəsi, “Şamaxinka” adlanan ərazi, 3-cü mikrorayon dairəsi və Bakı Beynəlxalq Avtovağzal Kompleksinın ətrafında qeyri-qanuni şəkildə taksi fəaliyyəti ilə məşğul olan daşıyıcıların vahid mərkəzə cəlb edilməsi, müxtəlif ərazilərdə tıxacın azaldılması, ən vacibi isə vətəndaş məmnuniyyəti yaratmaq məqsədi ilə BBAK-ın Nəqliyyat Qovşağında “ Minik taksiləri üçün duracaq yer” müəyyənləşib.

Ölkəmizdə taksi fəaliyyəti ilə məşğul olmaq üçün müxtəlif normativ hüquqi aktlar var. Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli, 141 nömrəli qərarı ilə “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları” na əsasən  sifariş gözləyərkən daşıyıcı taksi minik avtomobilləri üçün nəzərdə tutulmuş “Minik taksilərinin duracaq yeri” yol nişanı ilə işarələnmiş duracaq yerlərindən istifadə etməlidir.

Taksi minik avtomobilləri ilə sərnişin daşımalarını yerinə yetirən daşıyıcı, daşımaları müəyyən edilmiş ərazi hüdudlarında, sərnişinlərin rahatlığını və təhlükəsizliyini təmin edə bilən və bu növ daşımalar üçün nəzərdə tutulmuş avtonəqliyyat vasitələri ilə həyata keçirməlidir. Taksi minik avtomobili kirayələnmədikdə, onun damındakı “Taksi” tanınma nişanı fənəri sürücü tərəfindən yandırılmalı, taksi minik avtomobili sərnişin tərəfindən kirayələndikdə isə həmin fənər söndürülməlidir. Avtovağzalın qarşısındakı yolda, hərəkətə mane olan, sərnişinlər üçün təhlükəli olan yerlərdə fəaliyyət göstərir.

Yerli vətəndaşlarla yanaşı xarici turustlər də rayon və şəhərlərə səfər etmək üçün  Beynəlxalq Avtovağzalına üz tuturlar. Ancaq BBAK-ın qarşısındakı xoşagəlməz mənzərə heç də birmənalı qarşılanmır.

Bütün bu xaotik vəziyyət, xoşagəlməz halların aradan qaldırılması ilə bağlı avtovağzal ərazisində, Nəqliyyat Qovşağında 200-ə yaxın taksi minik nəqliyyat vasitəsinin fəaliyyəti üçün  vahid mexanizm və uyğun məkan seçilib. Yeni yaradılacaq ərazidə tam qanuni taksi fəaliyyəti ilə məşğul olmaq istəyənlər  fərqlənmə nişanı alaraq fəaliyyətini davam etdirə bilərlər. Qanunvericiliyin tələləblərinə cavab verməyən taksilər barəsində isə müvafiq qaydada tədbirlər görüləcək. Bununla bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən mexanizmlər hazırlanır.

Şəhərlərarası sərnişin daşıyan taksi minik avtomobilinin salonu və baqaj bölməsi təmiz vəziyyətdə olmasına daim nəzarət olunmalı, iş vaxtı təmiz və səliqəli geyimdə olmalıdırlar, habelə sərnişinlərlə ünsiyyətdə nəzakətli olmaq tələbi var. Avtovağzalın qarşısında isə bu sadalananlar mövcud deyil.

Avtovağzalın qarşısında, qeyri-pərakəndə, vətəndaşlara heç də xoş olmayan  şəkildə fəaliyyət avtovağazala gələrək rayonlara səfər etmək istəyən vətəndaşların narazılığına səbəb olur.

Yeni vahid mərkəzin yaradılmasında məqsəd taksi minik avtomobilləri ilə sərnişin daşımaları sahəsində xidmət keyfiyyətini artırmaq, vətəndaş məmnunluğunu təmin etməkdir.

www.yenicag.az

124
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv