Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Qanunsuz süxur daşıyanlarla bağlı QƏRAR

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Salyan rayonunda 42-BO-903, Lənkəran rayonunda isə 42-BR-284 və 42-CE-650 dövlət nömrə nişanlı “Kamaz” markalı yük maşınları ilə qanunsuz süxur daşındığı müəyyən edilib.

Yenicag.az-ın məlumatına görə, xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı Lənkəran rayon sakinləri Sadiq Ağayev, Namiq Həsənov və Beyrək Balakişiyevin idarə etdikləri avtomobillərin yük yerində ümumilikdə 24 m3 həcmində süxurun daşındığı məlum olub.

“Faktla bağlı qanun pozucuları barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.

www.yenicag.az

138
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100