!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qanunsuz yolla Türkiyəyə keçmək istəyən miqrant sayı açıqlandı

!Reklam – Yazi

Son 5 ildə təxminən 190 min qeyri-qanuni miqrant dəniz yolu ilə Türkiyəyə daxil olmağa cəhd edib.

Yenicag.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Məlumata görə, insanlar qayıqlarla dəniz yolu ilə Avropaya keçməyə çalışsalar da, burada hamı sağ qala bilmir.

Bildirilir ki, Türkiyə Sahil Mühafizəsi Komandanlığının bölmələri 2020-ci ildən bu yana ölkəyə 6.375 qanunsuz miqrasiya faktı aşkarlayıb. Dəniz yolu ilə qanunsuz gələnlərin ümumi sayı isə 188.939 nəfərdir. Hesablamalara görə, 2024-cü ildə Türkiyə sahil mühafizəsi 38 mindən çox qanunsuz miqrantı saxlayıb ki, onlardan 40-ı dənizdə dünyasını dəyişib.

KİV qeyd edib ki, 2024-cü ilin əvvəlindən sahil mühafizəsi dənizdə 18.078 nəfəri, o cümlədən dənizdə çətin vəziyyətdə qalan turistlər və Türkiyə sakinlərini xilas edib. 159 nəfər isə ölü olaraq dənizdən çıxarılıb.

Xatırladaq ki, sentyabrın 23-də Yunanıstanın Samos adası yaxınlığında qayığın batması nəticəsində 3 miqrantın öldüyü, ən azı 25 nəfərin isə itkin düşdüyü bildirilir.

Yunanıstan Sahil Mühafizəsinin patrul gəmisi miqrantların qaçaqmalçılığı ilə məşğul olduğu ehtimal edilən sürət qayığının 20 sentyabr cümə günü səhər Bodrum yaxınlığında Türkiyə sularına daxil olduğunu bildirib.

Rafi Müslümov

COP29

www.yenicag.az

149
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv