Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Qar qızsız Şaxta baba - Yeni ildən tez gəldi... - VİDEO

Yeni ilin gəlişinə sayılı günlər qalıb.

Yenicag.az xəbər verir ki, artıq bununla bağlı Bakının mərkəzi küçələrində hazırlığa start verilib.

Sözsüz ki, əlamətdar hadisəni Şaxta baba və Qar qızsız təsəvvür etmək mümkün deyil.

Yeni il ərəfəsində Şaxta baba və Qar qız kimi fəaliyyət göstərmək istəyənlər isə 60 manat rüsum ödəməlidir.

Bu məbləği ödəyən cütlüyə dekabrın 25-dən yanvarın 15-dək fəaliyyət göstərmək üçün icazə veriləcək.

Bakı şəhəri İcra Hakimiyyətindən verilən məlumata görə, hələlik bu məsələ ilə bağlı quruma müraciət daxil olmayıb.

Yeni ilin personajlarına dekabrın 25-dən icazə veriləcək deyilsə də, səbirsiz davranan şaxta babalar da var. Məsələn, Bakının mərkəzi küçəsində Qar qızsız dayanan Şaxta baba artıq lisenziyasını aldığını, bunun üçün 50 manat rüsum ödədiyini bildirir.

Görünür, ya Şaxta baba qış nağılı danışır, ya da Bakı Şəhər İcra Hakimiyyəti Yeni illə əlaqədar əvvəlcədən qeydiyyatdan keçənlərə “endirim” edib.

Qeyd edək ki, Şaxta baba və Qar qızla şəkil çəkdirmək istəyənlər ən azı 2 manatından keçməlidir. Qiymətlər müştərinin istəyinə, şəkilin ölçüsünə görə dəyişir.

Emin Səfərov

www.yenicag.az

3858
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100