Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Qara dənizdə batan gəminin qəza səbəbləri açıqlandı

Qara dəniz sularında Panama bayrağı altında üzən və metal qalıqları daşıyan teploxodun ilkin batma səbəbi məlum olub.

Yenicag.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Dəniz və Çay Nəqliyyatı Agentliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda, “Fom” teploxodunun batmasına yüklərin yerinin ştatdankənar dəyişdirilməsi səbəb olduğu bildirilib.

“Gəmi metal qırıntıları daşıdığından, qəzaya yüklərin yerinin ştatdankənar dəyişdirilməsi səbəb ola bilər”, – deyə idarədən qeyd ediblər və bunun ətraf mühit üçün heç bir təhlükəsinin olmadığını bildiriblər.

Gəmi Azov limanından yola çıxıb və sahildən 50 mil məsafədə batıb. Teploxodun bütün heyət üzvləri – altı Azərbaycan və iki Türkiyə vətəndaşı xilas edilib.

www.yenicag.az

8446
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100