Qara kinonun (Black Cinema) “ögey ata”sı kimi tanınan amerikalı aktyor, yazıçı, musiqiçi və prodüser Melvin Van Pibls 89 yaşında vəfat edib.
Yenicag.az ABC-yə istinadən xəbər verir ki, bu barədə aktyorun oğlu Mario Van Pibls məlumat yayıb.
Mario atasının Manhettondakı evində vəfat etdiyini bildirib.
Qeyd edək ki, Melvin Van Pibls ötən əsrin 70-ci illərində qara kinonu yenidən dirildən şəxs kimi tanınır. Onun “Sweet Sweetback’s Baadasssss Song” filmi böyük maraqla qarşılanmışdı.
www.yenicag.az