Qara Qarayev “Neftçi”dən getdi

media-hightechnic-468x90

“Neftçi” futbolçusu Qara Qarayevlə yollarını ayırıb.

Yenicag.az AZƏRTAC-a istinadən xəbər verir ki, “ağ-qaralar” Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi ilə əməkdaşlığa son qoyub. Onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Q.Qarayev paytaxt klubuna 2023-cü ilin yayında “Qarabağ”dan keçmişdi. O, ötən ay baş məşqçi Roman Qriqorçukun qərarı ilə əvəzedici komandaya göndərilmişdi.

Qeyd edək ki, “Neftçi” Misli Premyer Liqasında 6 turdan sonra topladığı 4 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600