!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qara Qarayevin abidəsi restavrasiya edilir

!Reklam – Yazi

Sosial şəbəkədə Qara Qarayevin Nizami Kinoteatrı yaxınlığındakı abidəsinin cilalanmasına dair görüntülər yayılıb.

Məsələ ilə əlaqadar Mədəniyyət Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, nazirlik tərəfindən bu prosesə mütəxəssislər cəlb olunub.

“İşin icrası isə özəl bərpa şirkəti və Bakı Şəhər İcra Hakimiyyəti ilə birgə həyata keçirilir. Ekspertlər Sənətşünaslıq üzrə fəlsəfə doktoru, heykəltəraş- bərpaçı Fərman Qasımov, heykəltəraş Orxan Nəzbizadə prosesi nəzarətdə saxlayırlar”.

Bildirilib ki, qırmızı qranitdən işlənmiş Qara Qarayev abidəsinin heykəl və plint hissəsində sınmış və təbii təsirlərə məruz qalaraq keyfiyyətini itirmiş detalların dəyişdirilməsi və restavrasiya edilməsi işləri icra edilir. Yenilənmiş hissələrin mövcud hissələrlə eynilik təşkil etməsi üçün müəyyən yumşaq üsullu cilalama işləri icra edilir. Narahatlığa heç bir əsas yoxdur”, – sorğuya cavabda vurğulanır.

COP29

www.yenicag.az

134
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv