Aktau şəhəri yaxınlığında qəzaya uğrayan “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təyyarəsinin qara qutularının dekodlanması mediada verilən bəzi ilkin qənaətləri təsdiqləmir.
Yenicag.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“İstintaqda Braziliyada xüsusi iclas keçirildi, biz qara qutuları açdıq, onların məzmunu artıq çoxlu maraqlı məlumatlar təqdim edib. Onların məzmunu bizi bir daha əmin edir ki, tam hüquqlu araşdırmanı gözləmək lazımdır. Səs yazıcılarından alınan stenoqram məlumatları araşdırmanın yekun nəticələrini gözləməyin zəruriliyini göstərir. İndi qara qutulardakı məlumatlarla təsdiqlənməyən məlumatlardan istifadə edərək media məkanında ab-hava yaratmağa ehtiyac yoxdur”./unikal
www.yenicag.az