Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Banner
Qarabağ FC

"Qarabağ" - "APOEL" qarşılaşması başa çatdı - YENİLƏNİB

Reklam: High Technic

Bu gün Avropa Liqasının qrup mərhələsində 3-cü tur çərçivəsində “Qarabağ” Kiprin “APOEL” klubu ilə qarşılaşıb.

Yenicag.az xəbər verir ki, oyun 2:2 hesablı bərabərliklə bitib.

Oyunda ilk qolu “Qarabağ”ın heyyətində 13-cü dəqiqədə Dani Kintana vurub. Daha sonra rəqib ard-arda iki qolla, (İoannou, 29-cu dəqiqə və Hallenius, 45-ci dəqiqə) hesabda önə keçib.

İkinci hissədə təşəbbüsü ələ alan oyunçularımız Ailton, 59-cu dəqiqədə vurduğu qolla oyunda bərabərliyi bərpa edib.

*** 19:59

“Qarabağ” və APOEL (Kipr) komandalarının UEFA Avropa Liqasında qrup mərhələsinin III tur oyunu üçün start heyətləri açıqlanıb.

Yenicag.az xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lə çıxacaqlar:

“Qarabağ”: 1. Asmir Beqoviç, 2. Qara Qarayev, 3. Ailton Silva, 5. Maksim Medvedev, 8. Miçel, Dani Kintana 14.Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov. 99. Maqaye Qeye

APOEL: 27. Vid Belets, 6. Savvas Gentsoqlu, 8. Lukas Souza, 9, Linus Hallenius, 14. Uroş Matiç, 20. Andriya Pavloviç, 29. Praxitelis Vouros, 30. Giorgos Merkis, 44. Nikolas İoannu (k), Vuyadin Saviç, 91. Draqan Mixayloviç

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – APOEL matçı saat 20:55-də başlanacaq.|Report|

www.yenicag.az

584
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM