Bu gün Avropa Liqasında qrup mərhələsinə yekun vurulacaq.
Yenicag.az xəbər verir ki, sözügedən yarışda yeganə təmsilçimiz olan “Qarabağ” da son matçına çıxacaq.
Qurban Qurbanovun komandası Londonda “Arsenal”ın qonağı olacaq.
3 xalla qrup sonuncusu olan Ağdam təmsilçisi çətin də olsa, səfərdən xalla qayıtmağa çalışacaq.
Qrupun digər oyununda “Sportinq” “Vorskla”nı qəbul edəcək.
Xatırladaq ki, 13 xala malik olan “Arsenal”la ondan 3 xal az toplayan “Sportinq” qrupdan çıxmağı təmin edib.
13 dekabr
Avropa Liqası
Qrup mərhələsi, 6-cı tur
E qrupu
00:00. “Arsenal” (İngiltərə) – “Qarabağ” (Azərbaycan)
Baş hakim: Yens Qrabski (Danimarka)
London. “Emireyts” stadionu
www.yenicag.az