“Qarabağ” – “Ayaks” oyununun biletləri satışa çıxarıldı
UEFA Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək “Qarabağ” – “Ayaks” (Niderland) oyununun biletləri satışa çıxıb.
Yenicag.az xəbər verir ki, satışa bu gün saat 15:00-da start verilib.
Standart biletlərin qiyməti 10, 15, 25, 35, 40, 50, 75 manat, VIP sektorlar üçün 200, 250, 300 və 400 manat, VVIP sektorlar üçün 1000 manatdır.
Biletlər yalnız “iTicket.az”ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.
Qeyd edək ki, dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də start götürəcək.












