!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Qarabağ bizim milli məsələmizdir” - Türkiyə parlamentinin sədri

!Reklam – Yazi

Türkiyə Böyük Millət Məclisinin spikeri İsmayıl Qəhrəman Türkiyə Respublikasında rəsmi səfərdə olan Azərbaycanın Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovu qəbul edib.

Komitənin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, TBMM sədri İsmayıl Qəhrəman Fuad Muradovla bir çox məsələlərlə bağlı fikir mübadiləsi aparıb.

İsmayıl Qəhrəman görüşdə Qarabağ məsələsinə toxunub və bildirib ki, “Qarabağ bizim milli məsələmizdir. Nə yazıq ki, dünyanın gözü önündə böyük haqsızlıq yaşanmaqdadır. Dünya bu və buna bənzər haqsızlıqlara qarşı seyrçi qalmamalıdır”. Komitə sədri Fuad Muradov isə hər bir azərbaycanlının qəlbinin Türkiyə ilə çırpındığını bildirib. O, deyib ki, “inanıram ki, bu ürəklər birləşib böyük işlər görəcək”.

F. Muradov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən işlərin iki ölkənin gələcəyi üçün edildiyini qeyd edib. Komitə sədri əlavə edib ki, “insanlarımız arasında böyük körpülər var. Bu körpülər ulu öndər Heydər Əliyev tərəfindən qurulub. Bunlar sülh və dostluq körpüləridir”.

Fuad Muradovun səfəri Türkiyə mediasında geniş işıqlandırılıb.

COP29

www.yenicag.az

5198
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv