Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunları keçirilib.
Yenicag.az xəbər verir ki, təmsilçimiz “Qarabağ” da cavab matçına çıxıb.
Bakıda keçirilən oyunda Belarusun BATE klubuna 0:1 hesabı ilə uduzan ağdamlılar, səfərdə keçirilən qarşılaşmada revanş almağa çalışıb. Amma qarşılaşma 1:1 hesabıyla başa çatdığından, Ağdam klubu mübarizəni dayandırmalı olub.
Qeyd edək ki, “Qarabağ” BATE səddini adlayacağı halda pley-off-da Hollandiyanın PSV klubu ilə qarşılaşacaqdı. Lakin Azərbaycan çempionu qitənin ən nüfuzlu klub turnirində mübarizəni dayandırdığından, Avropa Liqasının pley-off mərhələsində “Şerif” (Moldova) – “Valür” (İslandiya) duelinin güclüsü ilə üz-üzə gələcək.
Çempionlar Liqası
III təsnifat mərhələsi, cavab oyunu
14 avqust
BATE (Belarus) – “Qarabağ” (Azərbaycan) 1:1
Qollar: Mirko İvaniç, 20 – Miçel, 54.
Hakimlər: Andris Treymanis, Haralds Qudermanis, Alekseys Spasyonņikovs, Aleksandrs Qolubevs (hamısı Latviya)
Hakim-inspektor: Françesko Byanki (İsveçrə)
UEFA nümayəndəsi: Giorgos Fantaros (Cənubi Kipr)
Borisov. “Borisov Arena”
www.yenicag.az