!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarabağ “düyün”ü: 2020-ci il bizə nə vəd edir?

!Reklam – Yazi

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Bratislavada bu gün baş tutan görüşü 3 saat yarımdan çox davam edib.

Məlumatda tərəflərin münaqişənin həlli ilə bağlı mövcud vəziyyəti və onun gələcəkdə sülh yolu ilə həlli istiqamətləri ətrafında müzakirələr apardığı vurğulanır. Eyni zamanda, nazirlər danışıqları davam etdirmək və gələn ilin əvvəllərində növbəti görüşün keçirilməsi üzrə razılığa gəliblər. Bu gün baş tutan görüş 2019-cu ildə Qarabağ münaqişəsinin həllinə yönəlik sonuncu yüksək səviyyəli görüş sayılır.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya son səfərinin nəticələrinə baxıldıqda da görünən odur ki, bundan sonra da proses məlum prinsiplər əsasında davam edəcək və konkret nəticə verməyəcək.

Xatırladaq ki, Lavrov Bakıda münaqişənin “Madrid prinsipləri” əsasında həllinin vacibliyindən danışıb. Bu isə istənilən halda Azərbaycanın mövqeyinə uyğun variant deyil.

Çünki Madrid prinsiplərinə görə:

1. Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonları boşaldır;

2. Bunun müqabilində Azərbaycan Dağlıq Qarabağa özünüidarə etmək üçün xüsusi status və təhlükəsizliyinə qarantiya verir;

3. Dağlıq Qarabağ və Ermənistanı birləşdirən dəhliz ermənilərə verilir;

4. Beynəlxalq “sülhməramlıların” Dağlıq Qarabağda yerləşməsinə icazə verən sənəd imzalanır;

5. Daha sonra bütün qaçqınlar geri qayıdır (ermənilər bu müddəanın da tam əleyhinədirlər);

6. Daha sonra Dağlıq Qarabağın statusu referendumla müəyyən edilir;

7. Bundan sonra Azərbaycan və Türkiyə heç bir qeydsiz-şərtsiz Ermənistanla bütün sərhədlərini açırlar. Nəqliyyat xətləri bərpa olunur.

Dağlıq Qarabağ ətrafında işğaldan azad olunacaq rayonlara isə bunlar daxil deyil:

a) Laçın
b) Kəlbəcər
Sual olunur, görəsən Bratislava görüşü danışıqlar prosesinin sürətləndirəcəkmi?
Birmənalı şəkildə demək olar ki, xeyir, sürətləndirməyəcək. Şərtlərdən də göründüyü kimi, müddəalar Azərbaycanın maraqlarına, ümumiyyətlə, uyğun deyil və erməni tərəfi heç bir vəchlə güzəştə getmək haqda düşünmür.

Başda Rusiya olmaqla, ATƏT-in Minsk qupu və Ermənistanın digər havadarları isə yalnız Azərbaycanı güzəştə getməyə məcbur edirlər. Buradan Azərbaycanın qazanacağı isə digər torpaqların birdəfəlik itirilməsi müqabilində yalnız 5 rayon ola bilər.

 

www.yenicag.az

1045
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv