UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Qarabağ” – “Ludoqorets” (Bolqarıstan) matçı başa çatıb.
Yenicag.az xəbər verir ki, qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bolqarıstan klubunun heyətində Diniş Almeyda (56) və Kayo Vidal (87) fərqlənib. “Qarabağ”dan Juniniyo 65-ci dəqiqədə rəqib qapısına yol tapıb.
89-cu dəqiqədə K.Vidal qırmızı vərəqə ilə meydandan qovulub.
Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 13-də keçiriləcək./Report/
***
Bolqarıstan klubundan Kayo Vidal hesab arasındakı 87-ci dəqiqədə fərqi artırıb – 1:2.
***
“Qarabağ”dan cavab qolu. 65-ci dəqiqədə Olaviyo Juninyo hesabı bərabərləşdirir.
***
Qonaqların futbolçusu Diniş Almeyda 56-cı dəqiqədə fərqlənib – 0:1
**
Matç başladı.
***
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində bu gün baş tutacaq “Qarabağ” – “Ludoqorets” (Bolqarıstan) matçının start heyətləri açıqlanıb.
“Report”un məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionuna keçiriləcək matç saat 20:00-da başlayacaq.
Komandalar aşağıdakı heyətlə çıxacaqlar:
Qarabağ: Fabian Buntiç, Marko Veşoviç, Bəhlul Mustafazadə, Kevin Medina, Toral Bayramov, Julio Romao, Marko Yankoviç, Leandro Andrade, Yassin Benzia, Abdullah Zubir, Juninyo
Ludoqorets: Hendrik Bonmann, Anton Nedyalkov, Olivye Verdon, Diniş Almeyda, Son, Pedro Naressi, Deroy Duarte, Yakub Pyotrovski, Kayo Vidal, Dua Kvadvo, Bernard Tekpetey
www.yenicag.az