“Qarabağ”ın iki futbolçusu Çempionlar Liqasının ən yaxşıları arasında - FOTO

media-hightechnic-468x90

“Qarabağ”ın futbolçuları UEFA Çempionlar Liqasının 2025/2026-cı illər mövsümünün ən yaxşıları sırasında yer alıblar.

media-banner_tkm

Yenicag.az klubun rəsmi saytına istinadla xəbər verir ki, mövsüm başa çatdıqdan sonra açıqlanan UEFA-nın “FedEx Performance Zone” statistik hesabatına əsasən, Ağdam təmsilçisinin qapıçısı Mateuş Koxalski turnirdə etdiyi 45 “seyv”lə ən çox qurtarış edən qolkiperlər sırasında 4-cü pillədə qərarlaşıb. Polşalı oyunçu yalnız Nikita Haykin (“Bude Qlimt”, Norveç), Tibo Kurtua (“Real Madrid”, İspaniya) və Uğurcan Çakırdan (“Qalatasaray”, Türkiyə) geri qalıb.

Abdullah Zubir isə meydanın rəqibə aid olan 1/3 hissəsindəki mübarizələrdən 14 dəfə qalib ayrılıb. Yalnız PSJ-nin ulduzu Vitinyadan geri qalan fransalı yarımmüdafiəçi 2-ci yerə şərik olub.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05