“Qarabağ”ın qələbə sayı 150-yə çatdı

media-hightechnic-468x90

Azərbaycan klublarının avrokuboklardakı qələbə sayı 150-yə çatıb.

media-banner_tkm

Yenicag.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yubiley qalibiyyəti Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ” və “Şelburn” komandaları arasında cavab oyununa təsadüf edib.

Ağdam təmsilçisi İrlandiya klubuna 1:0 hesabı ilə qalib gəlib. 150-ci qələbə qitə səhnəsindəki 477-ci matça təsadüf edib.

Azərbaycan təmsilçiləri Çempionlar Liqasında 38, Avropa Liqasında (əvvəl UEFA Kuboku) 82, Konfrans Liqasında 21, İntertoto Kubokunda 9 dəfə azarkeşlərini sevindirib. Qələbələrdən 87-si evdə, 63-ü səfərdə əldə olunub.

Qeyd edək ki, Azərbaycan komandalarının avrokuboklarda ilk qələbəsi 1996-cı il iyulun 17-nə təsadüf edib. Həmin gün “Neftçi” Sofiya “Lokomotiv”ini Bakıda 2:1 hesabı ilə məğlub edib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05