“Qarabağ klanı” Ermənistanda FƏALLIĞINI ARTIRDI – “Paşinyan üçün ciddi təhdidlər var”

media-hightechnic-468x90

 

“Qarabağ klanı”nın son günlərdəki fəallığı təsadüfi xarakter daşımır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Aytən Qurbanova bildirib.

media-image_660x441_656edb391d8f6

Analitik son günlər Ermənistanda Nikol Paşinyan hakimiyyətinə qarşı “Qarabağ klanı”nın fəallığını şərh edərək bildirib ki, Paşinyanın “manipulyasiya siyasəti” öz cəlbediciliyini itirib:

“Ermənistanda Paşinyan əleyhdarlarının artması bir daha göstərir ki, 2026-cı il seçkilərində qələbə onun üçün heç də əvvəlki kimi asan olmayacaq. Hətta hadisələrin inkişaf xronikasına əsasən, onu da demək mümkündür ki, son zamanlarda Paşinyanın hakimiyyətinin davamlılığı üçün ciddi təhdidlər var. Çünki Paşinyanın “manipulyasiya siyasəti” artıq cəlbediciliyini itirib. Ona görə də aktiv revanşistləri təmsil edənlərin hakimiyyətə gətirilməsi həm regional, həm də qlobal aktorlar üçün daha cəlbedici ola bilər. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, “Qarabağ klanı”nın son günlərdəki fəallığı təsadüfi xarakter daşımır”.

A. Qurbanova qeyd edib ki, bu fəallıq Paşinyan hakimiyyəti üçün ciddi təhdid yarada bilər:

“Nəticə etibarilə, Ermənistanda “Qarabağ klanı”nın təsiri artmağa davam edir və bu da öz növbəsində Paşinyanın hakimiyyətinə qarşı ciddi təhdidlər formalaşdırır”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600