“Qarabağ” – “Lion” oyununa satılan bilet sayı bəlli oldu

media-hightechnic-468x90

UEFA Avropa Liqasının Liqa mərhələsində keçiriləcək “Qarabağ” – “Lion” (Fransa) oyununa satılan bilet sayı bəlli olub.

Ağdam klubundan Yenicag.az-a verilən məlumata görə, artıq 17500 azarkeş bilet alıb.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alan tərəfdarlar VIP Lounge üstünlüklərindən yararlana bilərlər. Həmin sektorlara biletin qiyməti 300 manatdır.

Qeyd edək ki, “Qarabağ” – “Lion” oyunu noyabrın 28-də, saat 21:45-də başlayacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600