!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarabağ müharibəsində döyüşmüş polislərlə bağlı - Deputatdan təklif

!Reklam – Yazi

“Azərbaycanda nə Müdafiə Nazirliyi, nə də ordu olmayan zaman Azərbaycan torpaqları uğrunda könüllülər döyüşürdü. O könüllülər ki, onlar öz ciblərinin pulu ilə silah alıb, düşmənə qarşı vuruşurdu”.

Yenicag.az xəbər verir ki, bu sözləri Milli Məclisin plenar iclasında deputat Aqil Abbas səsləndirib.

Aqil Abbas bildirib ki, könüllülərin bir çoxunun adı heç bir siyahıda yoxdur:

“Şəhid ailələrinə birdəfəlik veriləcək 11 min manat hərbçilərlə yanaşı polislərə də verilməlidir. Polislərin bu məsələdən kənarda saxlanılması narazılıq yaradacaq. Müharibənin başladığı dövrdə tək döyüşən nizami güc polislərimiz idi. Birdəfəlik veriləcək 11 min manat polislər üçün də nəzərdə tutulmalıdır”.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və “Azərsığorta” xeyli sayda şəhid ailəsinə birdəfəlik 11 min manat verilməsinə “yox” deyib.

www.yenicag.az

4909
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv