“Qarabağ” – “Neftçi” derbisində oynamayacaq futbolçular

media-hightechnic-468x90

Misli Premyer Liqasının VII turunda keçiriləcək “Qarabağ” – “Neftçi” oyununda iştirak etməyəcək futbolçular bəlli olub.

Yenicag.az xəbər verir ki, Ağdam təmsilçisinin heyətində monteneqrolu müdafiəçi Marko Veşoviç, eləcə də qapıçılar Amin Ramazanov ilə Şahruddin Məhəmmədəliyev matçı buraxacaqlar. Buna səbəb hər üç futbolçunun zədəli olmasıdır.

Qonaq “Neftçi”də isə kolumbiyalı hücumçu Brayan Moreno bu görüşdə forma geyinməyəcək. O, yaxın günlərdə əməliyyat olunacaq. Zədəsini sağaldaraq məşqlərə qoşulan braziliyalı müdafiəçi Yuri Matias və monteneqrolu yarımmüdafiəçi Edvin Kutsun derbidə oynaması isə baş məşqçi Roman Qriqorçukun verəcəyi qərardan asılı olacaq.

Qeyd edək ki, “Azersun Arena”da baş tutacaq “Qarabağ” – “Neftçi” görüşünün start fiti saat 20:00-da səslənəcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600