“Qarabağ” “Neftçi”ni darmadağın etdi

media-hightechnic-468x90

Azərbaycan Premyer Liqasının VII turunda təşkil olunan “Qarabağ” – “Neftçi” oyunu başlayıb.

Yenicag.az-ın məlumatına görə, matç saat 20:00-da start götürüb.

Görüşü FIFA referisi Əliyar Ağayevin başçılıq etdiyi hakimlər briqadası idarə edir.

Qeyd edək ki, rəqibindən bir oyun az keçirən Ağdam təmsilçisi hazırda 12 xalla ikinci pillədə qərarlaşıb. Paytaxt klubu 4 xalla 8-9-cu yerləri bölüşdürür.

***

“Qarabağ” – “Neftçi” oyununda hesab açılıb.

“Neftçi”nin futbolçusu Robert Bauer 18-ci dəqiqədə avtoqol müəllifi olub.

***

Matçda ikinci qol vurulub.

Ağdam təmsilçisi növbəti dəfə rəqibini mərkəzə dəvət edib – 2:0.

29-cu dəqiqədə Olavio Juninyo fərqlənib.

***

“Qarabağ” – “Neftçi” oyununda ilk hissə başa çatıb.

Ağdam təmsilçisi fasiləyə inamlı üstünlüklə yollanıb – 3:0.

Son olaraq 45+3-cü dəqiqədə Yassin Benzia paytaxt klubunu məyus edib.

***

“Qarabağ” Azərbaycan Premyer Liqasında “Neftçi”ni məğlub edib.

Mövsümün ilk derbisi VII turda baş tutub.

Qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə bitib – 4:0.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600