Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

"Qarabağ" növbəti mərhələdə! - VİDEO

Reklam: High Technic

Bu gün Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

Yenicag.az xəbər verir ki, son Azərbaycan çempionu “Qarabağ” səfərdə “Samtredia”nın qonağı olub.
Bakıda keçirilən ilk oyunda Gürcüstan təmsilçisini 5:0 hesabı ilə darmadağın edən ağdamlılar, Tiflisdə keçirilən qarşılaşmada da meydanı qələbə ilə tərk edib.

Komandamıza qələbə qazandıran yeganə qolu matçın 22-ci dəqiqəsində Donald Gerye vurub. İki oyunun nəticəsinə görə “Samtredia”nı 6:0 hesabı ilə məğlub edən Qurban Qurbanovun yetirmələri adını III təsnifat mərhələsinə yazdırıb.

Qeyd edək ki, “Qarabağ” növbəti mərhələdə “Şerif” (Moldova) – “Kukesi” (Albaniya) cütünün ən güclüsü ilə qarşılaşacaq.

Yenicag.az

 

Loading...

www.yenicag.az

1001
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100