“Qarabağ” – “Olimpiya” oyununu yayımlayacaq telekanal dəyişdi

media-hightechnic-468x90

“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsində Sloveniya klubu “Olimpiya” ilə keçirəcəyi cavab oyununu yayımlayacaq telekanal dəyişib.

Yenicag.az xəbər verir ki, əvvəlcə “CBC Sport”la razılaşan Ağdam təmsilçisi sonradan fərqli qərar qəbul edib.

Tamaşaçılar avqustun 31-də baş tutacaq qarşılaşmanı “İdman TV” telekanalı vasitəsilə izləyə biləcəklər. Görüş saat 20:00-da başlayacaq.

Qeyd edək ki, avqustun 24-də Lyublyanada keçirilən ilk oyunun yayım hüququna malik olan “İdman TV” matçı yalnız 69-cu dəqiqədən etibarən canlı təqdim etmişdi. Həmin qarşılaşmada “Qarabağ” 2:0 hesabı ilə qələbə qazanmışdı.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa