Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

"Qarabağ" qazandığı təcrübə hesabına..." - Şahin Diniyev

Reklam: High Technic

Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” ötən gecə ikinci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Albaniyanın “Kukesi” klubu ilə qolsuz bərabərə qalıb.

Yenicag.az-a açıqlama verən, millimizin sabiq baş məşqçisi Şahin Diniyev Ağdam təmsilçisinin oyunu barədə fikirlərini bildirib.

Son olaraq “Kəpəz”i çalışdıran Diniyev hücum xəttində problemlərin olduğunu qeyd edib:

“Qarabağ” qazandığı təcrübəsi hesabına lazım olan heç-heçəni əldə etdi. Ancaq hələ mövsümün əvvəlidir, komanda tam oturuşmayıb. Hücumlarda problemlərimiz var. Əsas odur ki, problemlərə baxmayaraq, komanda nəticə qazana bilir. Bu da yaxşı haldır. Düzdür, “Qarabağ” hələ ki, “Kukesi” səddini keçməyib, amma buna çox yaxındır. Komandalar arasında səviyyə də öz sözünü deyir. Fikrimcə, Qurban Qurbanovun komandası taktika baxımından düzgün oynayır. Topa sahib olmada da üstünlük var idi. Hələlik hücumda problemlər sezilir, bu da öz həllini tapsa, yaxşı olar”.

Şahin Diniyev klublarımızın Avropa Liqasındakı uğursuz çıxışından da söz açıb. Təcrübəli mütəxəssisin sözlərinə görə, uğursuzluğun bir çox səbəbləri var:

“Desək ki, bir problem var, bunu düzəltsək, hər şey yoluna düşəcək, yanılarıq. Problemlər çox olduğu üçün də acınacaqlı məğlubiyyətlər gördük. Problem bir yerdə deyil. Zəncirvari səhvlər var ki, bunun da nəticəsi uğursuzluqdur. Kiçik bir səhv olanda, bunu aradan qaldırmaq olmur. Yox, əgər iki oyunun hesabında komanda uğur qazana bilmirsə, deməli, problemlər çoxdur. Bura komandanın seleksiya işlərindən tutmuş, hazırlıq prosesi, futbolçuların motivasiyası və s. daxildir.

Emin Səfərov

www.yenicag.az

2351
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS