Bu gün “Qarabağ” Avropa Liqasında növbəti oyununu keçirəcək.
Yenicag.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv qrup mərhələsinin V turu çərçivəsində İspaniyanın “Sevilya” komandasının qonağı olacaq. “Ramon Sançes Pisxuan” stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 00.00-da start götürəcək.
A qrupunda yer alan “Qarabağ” və Cənubi Kiprin APOEL komandasının 4 xalı var. Lakin nikosiyalılar şəxsi oyunlardakı üstünlüyə görə (2:1, 2:2) 2-ci pillədə qərarlaşıblar Növbəti mərhələni təmin edən Avropa Liqasının rekord sayda – 5 dəfə qalibi olan “Sevilya”nın 12, Lüksemburq “Düdelanj”ının isə 3 xalı var.
Bu isə o deməkdi ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Sevilyada uduzsa və APOEL səfərdə “Düdelanj”ı məğlub etsə, Azərbaycan çempionu Avropa Liqasında növbəti raundda yüksəlmək şansını itirir.
Avropa Liqası
Qrup mərhələsi
A qrupu
28 noyabr
00.00 Sevilya (İspaniya) – Qarabağ (Azərbaycan)
Sevilya: 13. Yassin Bunu, 3. Serxi Qomes, 6. Daniel Karriso (k), 7 Roni Lopes, 9. Munas Dabbur, 11. Munir El Haddadi, 14. Çiçarito, 15. Alexandro Pozo, 17. Nemanya Qudel, 18. Serxio Eskudero, 21. Oliver Torres.
Ehtiyat oyunçular: Tomas Vatslik, 5. Lukas Okampos, 12. Xules Kunde, 22. Franko Vaskes, 26. Xose Mena, 30. Brayan Gil, 34. Felipe.
Baş məşqçi: Xulen Lopeteqi.
Qarabağ: 1. Asmir Beqoviç, 2. Qara Qarayev, 3. Aylton Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev (k), 8. Miçel, 9. Xayme Romero, 17. Abdullah Zubir, 20. Riçard Almeyda, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov.
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 7. Araz Abdullayev, 10. Dani Kintana, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov, 21. Hacıağa Hacıyev, 23. Faysal Rerras.
Baş məşqçi: Qurban Qurbanov.
Hakimlər: Məhəmməd Əl-Hakim, Fredrik Kliver, Mahbod Beigi, Martin Strömberqsson (İsveç).
Hakim-inspektor: Laurent Duhamel (Fransa).
UEFA nümayəndəsi: Paul Daniel Zaharia (Rumıniya).
Sevilya. “Ramon Sançes Pisxuan” stadionu.