!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Qarabağ" UEFA Çempionlar Liqasında mübarizəni dayandırdı - YENİLƏNDİ

!Reklam – Yazi

“Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında Xorvatiyanın “Dinamo” (Zaqreb) kollektivi ilə qarşılaşıb.

Yenicag.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan oyun qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmada hesabı 32-ci dəqiqədə Marko Pyasta açıb. 55-ci dəqiqədə isə Ağdam təmsilçisinin heyətində Mateus Silva avtoqol müəllifi olub.

Qeyd edək ki, bu nəticənin ardından qitənin ən nüfuzlu klub turnirində mübarizəni dayandıran “Qarabağ” yoluna Avropa Liqasında davam edəcək./Report/

***

Marko Pyatsa 32-ci dəqiqədə hesabı açır.

***

Matç başladı.

***

Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində üz-üzə gələcək “Qarabağ” və Xorvatiyanın “Dinamo” komandalarının start heyətləri açıqlanıb.

Yenicag.az xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:

“Qarabağ”: 99. Mateuş Koxalski, 2. Mateus Silva, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 6. Julio Romao, 7. Yassin Benzia, 66. Patrik Andrade, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 18. Juninyo

Baş məşqçi: Qurban Qurbanov

“Dinamo”: 33. İvan Nevistiç, 3. Takuya Oqivara, 9. Bruno Petkoviç (k), 10. Martin Baturina, 13. Sami Mmae, 17. Sandro Kulenoviç, 18. Ronael Pyerr-Qabriel, 20. Marko Pyatsa, 25. Petar Suçiç, 27. Yosip Mişiç, 28. Kevin Teofile-Katerine

Baş məşqçi: Sergey Yakiroviç

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Dinamo” görüşü saat 20:45-də başlayacaq. Komandalar arasında Zaqrebdə keçirilmiş ilk matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. “Qarabağ” “Dinamo” səddini keçə bilməsə, mübarizəni Avropa Liqasının əsas – liqa mərhələsində davam etdirəcək.

COP29

www.yenicag.az

1329
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv