“Qarabağ” və “Neftçi” qalib gəldi

media-hightechnic-468x90

81643Bu gün Azərbaycan Premyer Liqasında 8-ci turun oyunlarına start verilib.

İlk oyun gününə iki qarşılaşma nəzərdə tutulub.

Turun açılış matçı Sumqayıtda baş tutub. Burada yerli “Sumqayıt” klubu “Neftçi”ni qəbul edib. Sumqayıt təmsilçisi bu görüşdə qələbə qazanacağı təqdirdə yenidən birinci pilləyə yüksələcəkdi. Lakin ötən turda “Qarabağ”a 1:3 hesabı ilə uduzan “ağ-qaralar” da bu oyunda 3 xal qazanmaqla turnir cədvəlində daha da irəliləmək niyyətində idi. Rəqibini 1:0 hesabı ilə məğlub edən “Neftçi” turnir cədvəlinin ikinci pilləsinə yüksəlib.

Tofiq Bəhramov adına Respublika stadionunda isə “Qarabağ” və “Qəbələ” komandaları münasibətlərinə aydınlıq gətiriblər. Ötən turda “Neftçi”yə qalib gələn Ağdam təmsilçisi bu matçın əsas favoriti hesab olunurdu. Lakin bu mövsüm yüksək yerlər uğrunda mübarizə aparan “qırmızı qaralar” da səfərdən xal və ya xallar aparmağa çalışacaqdı. Bu görüşdə “Qarabağ” 2:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Premyer Liqada 8-ci tura oktyabrın 19-da keçiriləcək “Xəzər Lənkəran” – “Bakı” oyunu ilə yekun vurulacaq. (qol.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600