Qarabağ və Şərqi Zəngəzurdan banklara əmanət qoyuluşları azaldı

media-hightechnic-468x90

Cari ilin mayın 1-nə olan məlumata görə, Qarabağ iqtisadi rayonundan banklara qoyulmuş əmanətlərin həcmi 87,2 milyon manat olub.

media-banner_tkm

Bu barədə Yenicag.az Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici bir ay əvvə nisbətən 20 milyon manat və ya 18,6%, 2024-cü ilin mayın 1-nə olan göstərici ilə müqayisədə isə 1 milyon manat və ya 1,2% azdır.

Eyni zamanda, 2025-ci ilin mayın 1-nə Şərqi Zəngəzur iqtisadi rayonundan banklara qoyulmuş əmanətlərin həcmi 614 min manat olub ki, bu da bir ay əvvəlki göstərici ilə müqayisədə 75 min manat, yaxud 10,9% azalma deməkdir.

Qeyd edək ki, bu ilin mayın 1-nə Azərbaycanda regionlar üzrə cəlb olunmuş əmanətlərin həcmi 14,853 milyard manat təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 221 milyon manat, yaxud 1,5% az, 2024-cü ilin mayın 1-nə olan göstərici ilə ifadədə isə 1,4 milyard manat və ya 10,4% çoxdur.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05