Bu gün Avropa Liqasının qrup mərhələsində 4-cü turun oyunları keçirilib.
Yenicag.az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən “Qarabağ” da növbəti oyununa çıxıb.
Ağdam təmsilçisi Ukraynada “Vorskla”nın qonağı olub. Qarşılaşma “atlılar”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qurban Qurbanovun komandasına qələbə qazandıran yeganə qola matçın 13-cü dəqiqədə Araz Abdullayev imza atıb. Penaltidən fərqlənən yarımmüdafiəçi qrup mərhələsində “Qarabağ”a 3 xal qazandırıb.
Avropa Liqası
Qrup mərhələsi, IV tur
E qrupu
00:00. “Vorskla” (Ukrayna) – “Qarabağ” (Azərbaycan) – 0:1
Qol: Araz Abdullayev, 13 (Pen)
Baş hakim: Sandro Şörer (İsveçrə)
Aleksey Butovski adına stadion
www.yenicag.az