"Qarabağ" yeni mövsümün ilk transferini etdi - FOTO

media-hightechnic-468x90

“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, Ağdam təmsilçisi 2026/27 mövsümü üçün ilk transferini reallaşdırıb.

Bu gün tibbi müayinədən keçən 25 yaşlı fransalı futbolçu Jali Muaddib 2029-cu ilin yayına qədər “Qarabağ”da çıxış edəcək. O, yeni komandasında 7 nömrəli formanı geyinəcək.

Xatırladaq ki, Jali Muaddibin son klubu Kipr təmsilçisi “Omoniya Aradippu” olub. Fransalı futbolçu karyerası ərzində vətənində “Lill” və “Anje”nin B komandalarında, həmçinin “Avranş”da çıxış edib. O, Rumıniyada isə “Botoşani”nin formasını geyinib.

Qeyd edək ki, Muaddib Fransanın U-19 millisində də çıxış edib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05