“Qarabağ” yenidən lider oldu - Misli Premyer Liqası

media-hightechnic-468x90

Misli Premyer Liqasında XIV turun növbəti oyunu keçirilib.

Yenicag.az xəbər verir ki, “Qarabağ” “ASCO Arena”da “Səbail”lə qarşılaşıb. Görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Juninyo, Aleksey Kaşuk və Leandro Andrade vurublar.

Bu qələbə ilə xallarını 34-ə çatdıran Ağdam təmsilçisi yenidən liderliyi ələ keçirib. Bakı klubu isə 8 xalla 9-cu pillədə qalıb.

Günün digər matçı “Neftçi” və “Zirə” arasında oynanılacaq. “Neftçi Arena”dakı qarşılaşma saat 19:00-da başlayacaq.

Qeyd edək ki, XIV turun açılış oyununda “Araz-Naxçıvan” “Kəpəz”ə 2:0 hesabı ilə qalib gəlib. Tura noyabrın 24-də keçiriləcək 2 oyunla yekun vurulacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600