Qarabağa getmək istəyənlərə üzücü xəbər

media-hightechnic-468x90

Yaxın günlərdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində keçiriləcək dövlət tədbiri ilə əlaqədar 30 iyun-6 iyul tarixlərində “Yolumuz Qarabağa” portalında 9 istiqamətdə – Suqovuşan, Füzuli, Şuşa, Xankəndi, Xocalı, Xocavənd, Ağdərə, Ağdam və Laçına hərəkət etmək üçün icazə verilməyəcək.

Yenicag.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, bu barədə vətəndaşlara əvvəlcədən SMS bildiriş göndərilib.

Zəngilan və Cəbrayıl rayonlarına səfərlə bağlı isə heç bir məhdudiyyət tətbiq olunmayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 30.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600